70
İkincisi üşşaq haqqındadır:
Çaldığın Üşşaq pərdəsi olsun.
Zabulda nemət var, Ovcda parıltı.
Bu qanunla Zabulla ahəng yarat,
Bu qaydayla nəğmələrdə çəng çal.
Ovca qədər qalxıb Nəhavənd.
Bu tərtiblə bəhrin
1
movcunu
2
öyrən.
Ovcun iki guşəsi başı ilə sonudur.
Ay əziz dostum, mən nə desəm, yadında saxla.
Bu yol mənəvi büləndliyə
3
aparır,
Amma hər fərasətli adamın pəstliyi
4
də olur.
Üçüncü rastdır:
Rast muğamı zəhmət xəzinəsidir.
Bərriqənin Pəncgahla olması lazımdır.
Bürqəni Bərriqə
5
ilə qaldırsan,
Üzün hər tərəfi sənə görsənər.
Həziz onu varlığın Ovcuna gətirdi,
Dügah Əraq və Rastla aşağı endirdi.
Yuxarı qalx və rəvayət et,
Mulisa(?) ilə biliyini artır.
Dördüncü busəlikdir:
Busəlik muğamıdır, ay nəğməpərdaz
6
,
Əşiran ilə Səbanın avazı səslənir.
Ay qardaş, həmin Əşiran ilə
İki guşəsi bərabər gəlir.
Onun zili Nazik bəhridir, bəmi Zirkeşdir.
Hərif
7
bu nəğməyə bir surət verdi.
1
Bəhr – həm dəniz, həm də musiqi vəzninin ölçüsüdür.
2
Movc (və ya mövc) – dalğa
3
Bülənd – həm yüksək, uca, həm də zil (səs) deməkdir.
4
Pəst – həm aşağı, alçaq, həm də bəm (səs) deməkdir.
5
Bürqə rübənddir, Bərriqə isə Mübərriqənin digər adıdır. Fars yazısında bu iki söz (Bürqə ilə
Bərriqə) eyni şəkildə yazılır (omoqraflardır).
6
Nəğməpərdaz – nəğməyazan və ya nəğməçalan
7
Hərif – burada: sənət yoldaşı