71
Qəvval Səbanı çalanda
Avazın nəğməsi hər guşəyə yayılar.
Onun zili Hicazi-nazikdir, ay qardaş.
Bayat ilə aşağı düşər, ay qardaş.
Beşinci rəhavidir:
Rəhavi Novruzi-ərəbə ram oldu.
Novruzi-əcəm ürəyin rahatlığını apardı.
Bu ikinin dörd guşəsi var,
Mən bu yolla sənə izah edirəm.
Ərəb bəmidir, Məruf isə zili.
Xoşbəxt olub naz ilə yeri.
Altıncı nəvadır:
Şur dünyasında Nəva səsləndi,
Novruzxara Mahurun fəridir.
Novruzxaradan bir nəğmə çalsan,
Yar səni hər guşədə axtarar.
Mövlalıq ona şərəf qazandırar,
Nəhavəndəkin bəmi və zili olar.
Mahur o kuyda üzünü göstərəndə
Qulağı hər yana tutmalısan.
Onun zili Novruzdan və Rəhavidəndir,
Rəvayət edən bəmini bayrağa bağladı.
Yeddinci büzürgdür:
Saz çalan kimi Büzürg gəldi.
Hümayunla Nəhoft onun iki pərdəsidir.
Hümayun kölgə salanda
Üzü artıma doğru getməlidir.
Onun Nəhoftu qıraqdan üzünü göstərir,
Sıra ilə guşədən dördü doğulur.
... ... ... (?)