85
Bu, öncə risalədə adını çəkdiyimiz beşlik (xəmsə) dairəsidir və o alətlərə
aid daha heç bir dairə yoxdur və bəstələnməyib.
Ondan başqa Hindistan alimlərindən biri də var imiş ki, nə onun özünü,
nə də onun risaləsini görmüşük, amma doğrudanışan bir şəxsdən onun san-
tura dair bir dairəni bəstələdiyini eşitmişik. Onun bir şagirdi də var idi, o isə
çəng üçün bir dairə çəkmişdi. Amma belə söyləyirlər ki, həmin şagird çəngi
yuxuda görmüşdü və çəng özü ona bu yolu göstərmişdi. Deyirlər ki, bu nüsxə-
dən Hindistanda çoxdur.
Musiqiyə aid daha bir əsər haqqında mən Məğribdə tanış olduğum bir
dərvişdən eşitmişəm. Bu nüsxənin müəllifinə yol göstərən Nuhun oğlu Sam
olmuşdur və bu iş həzrət AdəmƏbulbəşərin əsərlərindəndir. Beləliklə, bu elmin
hələ həzrət Adəmin dövründən həzrət Musanın (ə) zamanına qədər mövcud
olması, sonra insanların arasından yoxa çıxması, sonra da yenidən Əflatun
İlahi adıyla məşhur həzrət İdrisin vaxtından Sultan Mahmudun dövrü olan
çağdaş günlərə gəlib çatması və bundan sonra da illər ötdükcə, saysız-hesab-
sız qərinələr keçdikcə, gecələrlə gündüzlər ruzigarda bir-birini əvəz etdikcə
həyatda yenilməz qalacağı məlum olur.
Ay əzizim, sən də zəhmət çək, təhsil almağa çalış və adını fələyin səhifələ-
rinə yazdır. Başqa bir vəsiyyətim odur ki, ay mənim əzizim, elə ki, başın qabi-
liyyət mənzilinə çatdı, hər vaxt bu elm əhlinin ruhlarını Fatihə ilə yad və şad et,
yaxşı işlər görməyə çalış, bu elmin hörmətini uca tut, sirləri saxla, bildiklərini
hamıya öyrətmə və hər kəsin qabağında açma. Ay əzizim, məlumun olsun ki, bu
elmdə məharət mərtəbəsinə çatsan və başına yoxsulluq müsibəti gəlsə, zinhar
və min zinhar, məbada bir kəsə kasıb olduğunu göstərəsən, çünki bu düzgün
iş deyil və nəticədə qabiliyyətin də əldən gedər. Ay əzizim, bu da yadında qal-
sın: öyrənib öyrətdiyin zaman heç kimə şəhvət gözü ilə baxma, yoxsa bu elm
sənə haram olar və ustadların yanında biabır olarsan. Həm də, ay əzizim, daim
nəfsinlə cihad aparmağa çalış və bunu özün üçün vacib bil. Sultanın hökmü
olsa belə, qadın xeylağına bu elmi öyrətmə, yoxsa xüdxar
1
olarsan. Təlim-təd-
ris əsnasında naməhrəmlərə qarşı hər cür vəhşi duyğulardan uzaq ol, elmdən
başqa digər şeylərin sənə yol açmalarına imkan vermə, gecələr oyaq qalıb vax-
tını bu elmin mütaliəsi ilə tədqiqatına sərf et və şəhvət hisslərinə qapanma. Hər
zaman dediyim vəsiyyətləri yerinə yetirsən, bəhrəsini görər, bu qiymətli ömrün
səmərəsini əldə edər və arzuna yetişərsən. Özünü başqa cür aparsan, onda bir
söz deməyə ehtiyac qalmaz, çünki olacağa çarə yoxdur.
Onu da deyək ki, bu elmə aid türk, fars və ərəb dillərində bir çox risalələr
yazıblar, biz də bu risalədə türkcədən bir qədər bəyan etmək istədik, amma
fürsət tapmadıq. Nə vaxt dövlət adamlarının əlinə belə fürsət düşsə, bütün
nöqsanları aradan götürmək üçün buraya türkcədən və ərəbcədən bir az əlavə
1
Xüdxar – özünüyeyən, özünü məhv edən