86
etsinlər. Həm də Farabinin tərtib etdiyi dairəni bu kitaba gətirmək istədik,
fürsət olmadı. Bu elmin tələbələr üçün çətin olduğunu nəzərə alıb, doğru və
nöqsansız məlumat almalarını və bu yolu başdan başa keçə bilmələrini istədik.
Sədaqətli aşiqlər üçün məxfi olmasın ki, bu şərafətli elmə aid olan bir məna-
nın incəliklərini bu kitabda görməsələr, onu da həmin eybi düzəltmək xatirinə
buraya əlavə etsinlər, ancaq istedadı, qabiliyyəti və düşüncəni unutmamaq şər-
tilə. Məbada əlavə olanlar mövzuya yad, hər şeyi zay, alt-üst edəcək və eyibləri
artıracaq şeylərdən olsun. Ay əzizim, bu mərtəbəyə yetişsən, ayrı-ayrı mənaları
və bütöv məsələni elə seçməyə çalış ki, məclislərdə və camaat arasında aciz və
çarəsiz qalmayasan.
Bu şərafətli fənnə aid daha bir sözüm var. Elə ki, bu mərtəbəyə çatdın
və təlim-tədris məqamına yetişdin, üç qərn (?!) və ya uzun bir müddət xidmət
etmiş kimsədən qafil olma və bəzi məsələləri gizli saxlamağı bacar ki, bir gün o
səninlə üz-üzə dayansa, onun öhdəsindən gələ biləsən və çarəsizliyə varmaya-
san. Qara gündən ötrü çoxlu dərin və incə mənaları yaddaşında saxlamağa çalış.
Həqiri-fəqir yüz qırx il (?!) bu fənlə məşğul olmuşam və bu müddət
ərzində bir çoxlarını təlim hövzəsinə gətirib düz yola yönəltmişəm. Ortadan
bir neçə nəfər durub mənə qarşı çıxdılar və məni əziyyətə salmağa cəhd göstər-
dilər. Odur ki, zinhar və min zinhar, əmanəti həmişə qoruyub saxlamağa çalış
və sahib olduğun tamamını əldən vermə. Ay əzizim, ay övladım, bu fənn əhlinin
başları hər dəqiqə birisilə söhbətə qarışmış olduğuna görə onların məzacları
olmaz və əgər sən onların gününə düşmək istəmirsənsə, hər kəslə yaxın təmasa
girmə və daha çox elm və kamal sahibləri ilə oturub dur və şəriətə tabe ol, onda
muradına çatarsan. Heç vaxt əmanətə xəyanət etmə və hamıya layiqincə hör-
mət payını yetir. “Vallahü ə’ləm”.
Musiqiyə dair bu risalə çərşənbə günü, 1233-cü ilin rəbiüləvvəl ayının
iyirmisi
1
Qacariyyə hökumətinin dövründə müsəlman Kaşan şəhərində sona
çatdı. Bu yazı əziz və nəcabətli qardaşım Məhəmməd Sadiq Şirvaninin xati-
rinə qələmə alınmışdır. Ümidvarıq ki, bəndəni Fatihə ilə yad və şad edəcəklər.
Dünyada yadigardan yaxşı şey olmaz,
Ən yaxşı yadigar isə sözdür.
Məqsədimiz bu əsəri tez bir zamanda hazırlamaq imiş, buna görə də
şəkilləri və mətni gözəl surətdə yazmaq fürsətimiz olmadı. Odur ki, bəndənin
xəttinə irad tutanlar savab iş görməzlər.
1 27
yanvar 1818-ci il.