49
Tərənnüm tər-dim-dim-tər kimi gələr.
Əməl şeirdəndir, yadda saxla.
Dərdi könüldən qov getsin.
Əməl ilə karın təfavütü ondadır ki,
Bu barədə ustadlar öz sözlərini deyiblər.
Başqa sözüm ondandır ki, başlanğıc şeirdəndir,
Lakin mayası yenidən təkrarlanıb.
İndi isə şeirdən bəhs edəcəm,
Lakin onun sonu kardır.
Hər misranın nəqşeyni nəqaratdır,
Hər iki misradan nəqşin əlamətidir.
Şeirin təsnifi dörd misradan ibarətdir,
Hər zərb ağır və gurultulu olur.
Koroğlu saqinaməni türki sayır,
Çünki əlində döyüşə səsləyən sazı var.
Lakin türklərin söylədikləri saqidə
Kef məclisi, eyş-işrət və gözəllər təsvir olunur.
...
əmma bə’d”
.
Ay əzizim, bil ki, bu elmin ustadları dünyada bütün
avazların musiqinin daxilində olduğunu buyurmuşdular. Ruh Əbulbəşər
Adəmin (ə) qəlibindən sıçrayıb onun içinə getmədi. Həzrət Cəbrayıl Cəlalət
Sahibi Rəbbin əmri ilə Adəmin (ə) cəsədində yer tutub rast muğamı üstündə
dəradər-tən” kəlməsini icra etdi və beləliklə ruhaniyyətin cövhəri olan ruh
bu cür gözəl və həzin bir səslə Adəmin (ə) bədənində yerləşdi. Elə bu səbəb-
dən də musiqi elminə “ruh elmi” deyərlər. Bu halda ruh o züzmzüməni eşidən
kimi qərar taparaq şad oldu və Adəmin qəlibi ilə xoş bir ünsiyyət yaratdı.
Bundan sonra Haqq-təaladan əmr gəldi ki, bir daha çölə çıxmasın. Adəm
(
ə) ayağa qalxıb şükr səcdəsini yerinə yetirdi və dedi: – Əlhəmdülillah! Bu elmin
bütün başqa elmlərdən üstün olması da elə həmin fəzilətdən irəli gəlir və təhlil-
1
təsbih
2
oxunmayan gecə olmur. Bilmək lazımdır ki, hər şey nəğmə üsulunun
ahənginə bağlıdır. Onlardan birinin ahəngi üsula uyğun olmayanda ürəksıxıcı və
darıxdırıcı hala düşər, çünki bu nəğmə müəyyən bir üsulla qoşulmuşdur. Onu da
bilmək lazımdır ki, bütün nəğmələrlə muğamlar heyvanlarla quşlardan alınmış-
dır. Onu da bilməliyik ki, musiqi elmi on iki muğamdan, iyirmi dörd şöbədən, altı
avazdan, qırx səkkiz guşədən və on yeddi üsul bəhrindən ibarətdir. Bəzi sözlərə
görə isə üsulların sayı iyirmi dörddür, o cümlədən zərbülqədim, zərbülmüluk, öv-
sət, düvəyek, nimdövr, həzəci-kəbir və rəməl. Qulam adı ilə məşhur olan Dərviş
1
Təhlil – “La ilahə illəllah”ı zikr etməkdir.
2
Təsbih – “Sübhanəllah”ı zikr etməkdir.