52
Güvəşt onların ikisindən də şikayətçidir.
Busəliklə Hüseyni iki gözümdür,
Novruzi-əsl isə o ikidən məna alır.
Əraq ilə Kuçik Mayenin əslidir,
Ya Rəbb, Mayenin əsli gör necə də ürəyimizi açdı!
Şahnazın əsli Büzürg ilə Rəhavidir.
Bir anda mən rahat oldum.
Bu fənnin sahibi Qəzvin əsilli Mövlana Kövkəbi on iki muğam ilə altı
avaz haqqında belə demişdir:
Əgər oxuyanda Rastdan Hicaza keçsən,
Nəzərini İsfahandan Əraqa yetir.
Zəngulənin naləsindən Rəhavi olsan
1
,
Avazını Hüseynisifət
2
Busəlikin üstünə gətir.
Büzürg
3
olmağa çalışma ki, Kuçikə
4
möhtac olasan.
Bu muğamda biNəva
5
Üşşaqa
6
keç.
İyirmi dörd və on iki muğam ilə altı avazı
Bir sıraya düzmüş Kövkəbinin ürək sözünü dinlə.
DÖRDÜNCÜ BAB
Üsulun on yeddi bəhri haqqında
Xacə Əbdülqadir Marağayi
7
demişdir:
Üsulun üzündən pərdəni qaldırsan,
Faxteyi-zərb ilə Türki-zərb görsənər.
Pərəfşan ilə Müxəmməs və Çənbərdir,
Xəfif və Səqil ilə Ovfəri tanı.
Miəteyndir və Dövri-nimsəqil,
Həzəcdir, Övsətdir və Rəməli-səqil.
1
Rəhavi (rəha) olmaq – qurtulmaq, rahat olmaq
2
Hüseynisifət – gözəlsifət
3
Büzürg – böyük
4
Kuçik – kiçik
5
Binəva – 1) yazıq, fağır; 2) səssiz, avazsız
6
Üşşaq – aşiqlər
7
Əbdülqadir ibn Qeybi əl-Hafiz əl-Marağayi (1353-1435) – böyük Azərbaycan musiqi
nəzəriyyəçisi, bəstəkar və xanəndə, “Came’ül-əlhan”, “Məqasidül-əlhan” və “Zübdətül-ədvar fi
şərhi-risalətül-ədvar” əsərlərinin müəllifidir.