100
Məqami-əraq
Yüzündən şö’lə buldı
Şəmsi-dövlət, ya Rəsuləllah!
Sözündən zahir oldı
Nuri-hikmət, ya Rəsuləllah!
Cəmalün hər kimə ki nəqş,
Mir’ati-qəlbində
Ana yüz göstərüb dedi:
Səadət, ya Rəsuləllah!”
Xəyalün mehrüni zail
Eylər qəm işin dildən.
Edər nuri-cəmalün rəf’
Zülmət, ya Rəsuləllah!
Şəfi’ ol ruzi-məhşərdə,
Dəlil ol bakə hər yerdə.
Fəqirəm, istərəm səndən
İnayət, ya Rəsuləllah!
Təriqi-Həqqə rəhbərin
Mürüvvət, kani-sərvərsin.
Umar şahü gəda səndən
İnayət, ya Rəsuləllah!
Günahüm başdən aşdı,
Paymal cürmü üsyanım.
Mədəd, qaldum ayəqdə, qıl
Hidayət, ya Rəsuləllah!
Təvaf eylər mələklər
Astanün asimanasa.
Qəpundür Kə’beyi-ərbabı
Rif’ət, ya Rəsuləllah!
Degül bir qətrə cürmüm
Rəhmətün dəryası yanində.
Edərsən bir günahkarə
Himayət, ya Rəsuləllah!