99
İbrahim, sən adəmə gəl,
Qəmu müşkillərün olsun həll,
Adəmi mə’nadən əl al,
Gəl adəmə ir bu dəmə.
Məqami-əcəm
Utan Həqqdən, əya qafil!
Unutdun əhdi-sültanı.
Xoş uydun məkri-şeytanə,
Ki yakdun otlara canı.
Sakın, aldar səni şeytan,
Sığın Həqqə də, ya Rəhman!
Gedən sənünlə aradən
Hicabsız görəsin anı.
Hicabəteyn durur zülmət,
Yakagör nari-tovhidə.
Bu gün ənvari-qüdsi ol,
Təcəlli eylə sültanı.
Əya surətpərəst insan,
Özüni eyləgil insan,
Həqiqətdə odur insan,
Ki bula cani-cananı.
Bu sirri bilməgə mühəyya
Fəna əndər fəna olsun.
Gedər bu qeylilə qalı,
Gəzaf sanma bu meydanı.