98
Rəf’ olsa zülmani hicab,
Dildən gidərdi iztirab.
Yab-yab könül qəsrini yap
Me’mari-zikrüllah ilə.
Zikri bulub həbli-mətin,
Möhkəm dutər əhli-yəqin,
Daim edər ə’layi-din
İzhari-zikrüllah ilə.
İstərisə gər qəlbün səfa,
Zikr eylə Həqqi daima,
Bimar olan bula şifa
Timari-zikrüllah ilə.
Dildən kədərlər dur olur,
Məhzun olan məsrur olur,
Zülmət, Hüdayi, nur olur
Ənvari-zikrüllah ilə.
Məqami-əcəm
Yəban yerdə nə gəzərsin,
Adəmdür hər cəvahir kan.
Heyvan kibi nə bilürsin,
Gəl adəmə ir bu dəmə.
Adəmdür məzhəri-rəhman,
Adəmdür hər cəvahir kan.
Aləm bədəndür, adəmsə can,
Gəl adəmə ir bu dəmə.
Nüsxeyi-vəhdət adəmdür,
Nəfxeyi-qüdrət adəmdür,
Adəmdən qeyri ədəmdür,
Gəl adəmə ir bu dəmə.
Adəmdür Həqqə gedən yol,
Həqqi istərsin, Adəm ol,
Adəmə cümlə əşya qul,
Gəl adəmə ir bu dəmə.