97
Hüseyni
Cənabi-pakinə layiq əməl yok,
Yenə axir kərəm, mövla, sənindür.
Nəsi var qulun əksiklikdən artuk,
Yenə axir kərəm, mövla, sənindür.
Üsati rəhmətün zeyli bürürkən,
Qəpunə ağlayub yüzlər sürərkən,
Kimə yəlvarələr ya sən turərkən,
Yenə axir kərəm, mövla, sənindür.
Uyar qəflətdən, aç könül gözüni,
Cənabündən yana döndər yüzüni,
Qomə aşiqlərün alğıl özüni,
Yenə axir kərəm, mövla, sənindür.
Hüdayiyə nəsib et fəthi-babı,
Cəmalindən gətür, lütf et niqabı,
Gidər zülmani, nurani hicabı,
Yenə axir kərəm, mövla, sənindür.
Hüseyni
Dillər əcəb heyran olur
Əsrari-zikrüllah ilə.
Yollər yükim asan olur
Əsrari-zikrüllah ilə.
Nəfsün həvasindən kəsil,
Zikr eylə Həqqi müttəsil,
Siqəllənür mir’ati-dil
Təkrari-zikrüllah ilə.
Gər istər isən qürbi-Həqq,
Al əhli-irfandən səbəq,
Gəldi zühurə hər vərəq
Əşcari-zikrüllah ilə.