96
Yolünə tovfiq eylə,
Fəzlünə rəfiq eylə,
Rəhmətə qəriq eylə,
Kərəm eylə, ya mövla!
Halimüzə ə’ləmsin,
Əfv edərsin, əkrəmsin,
Atamüzdən ərhəmsin,
Kərəm eylə, ya mövla!
Çünki insan eylədün,
Buncə ehsan eylədün,
Əhli-iman eylədün,
Kərəm eylə, ya mövla!
Ehsanüni təmam et,
Yollərüni tə’lim et,
Qüfranüni tən’im et,
Kərəm eylə, ya mövla!
Dərdlü aşiqlər içün,
Yoldə sadiqlər içün,
Bəğri yaniqlər içün
Kərəm eylə, ya mövla!
Qütbi-övliya içün,
Sədri-əsfiya içün,
Fəxri-ənbiya içün
Kərəm eylə, ya mövla!
Daim səbatün içün,
Buncə səbatün içün,
Şol gözəl zatün içün
Kərəm eylə, ya mövla!
Hüdayiyə ehsan et,
Rəhmətünlə qüfran et,
Hər işini ehsan et,
Kərəm eylə, ya mövla!