9
Yarın Allah qazi olub,
Bin ayak bir yerə durub,
Zəbanilər yakın gəlüb,
Söyliyə(?) diyo dursə gərək.
Miskin Dərviş neyləyəyin,
Günah içün ağləyəyin,
Qanqı biri söyləyəyin,
Mədəd Allah desin gərək.
Dər məqami-nəvayi-sünbüli
Mİr’at qəlbin pasini
Dəf’ eylə zikrüllah ilə.
Nəfsi ədu vəsvasini
Dəf’ eylə zikrüllah ilə.
Nuş et hüveyyət camını,
Sübh eylə vəslət şamını,
Hicrü vüsal əyyamını
Qət’ eylə zikrüllah ilə.
Qəlbində var isə əgər
Eşqi-İlahidən əsər,
Yandır vücudi sərbəsər,
Şəm’ eylə zikrüllah ilə.
Tərk et əməl həngaməsin,
Teyy eylə dirlik naməsin,
Sün’i-vücudin caməsin
Xəl’ eylə zikrüllah ilə.
Dər məqami-nəva
Vəqtinizə hazir olun,
Əcəl vardur, gəlür bir gün.
Əmanət quşçə canün,
İssi vardur, alur bir gün.