8
Dər məqami-nəvayi-sünbüli
Yetər, təptün malü cahə,
Gəl Allahə, gəl Allahə.
İriş bir ulu dərgahə,
Gəl Allahə, gəl Allahə.
Bulsan dünyayi yütərsin,
Bin yıllık tədbir edərsin,
Axir xüd qoyub gedərsin,
Gəl Allahə, gəl Allahə.
Fanidən usəməzsin,
Qəflətdən oyanməzsin,
Tənridən utənməzsin,
Gəl Allahə, gəl Allahə.
Olmaz hudadə uçərsin,
Bir gün qonəqdir, köçərsin,
Babi-Həqqdən nə qəçərsin,
Gəl Allahə, gəl Allahə.
Şirküni tovhid edəgör,
Zərrə kor xürşid edər gör,
Zə’füni tə’yid edəgör,
Gəl Allahə, gəl Allahə.
Dər məqami-dügah
Yarın Allah qəpusində
Çok hesablar olsa gərək.
Ulu günahlər olan qullər
Həp oraya gəlsə gərək.
Gəlüb ayağın dövürlər,
Günah içün yalvarürlər,
Kiminün boynini urürlər,
Cəhənnəmlər tolsə gərək.