7
Tənha qəbründə qalıcak,
Əməllərin ərz olıcak,
Məhşər yerinə yanıcak,
Sorarlar, bir dəftər gəlür.
Yunus Əmrəm edər başdən,
Ayırur səni qardaşdən,
Nə etdün qurudən, yaşdən
Sorarlar, bir əyyam gəlür.
Dər məqami-əraq
Sözüm dinlə, aya qərdəş,
Unutma haləti, nəz’i.
Gedərsən bu yola, yoldəş,
Unutma haləti, nəz’i.
Vida edüb əhibbayə
Gedərsən dari-üqbayə.
Sakın, meyl etmə dünyayə,
Unutma haləti, nəz’i.
Qəni abavü əcdadün,
Qəni əshabü övladün,
Sənin də qalasır adün,
Unutma haləti, nəz’i.
Dila, məkkarə aldənmə,
Vəfasız yarə aldənmə,
Bu fani darə aldənmə,
Unutma haləti, nəz’i.
Gedən qəlbdən həva fikrin,
Düşər qəlbə Xuda zikrin,
Bu dərdə qıl dəva fikrin,
Unutma haləti, nəz’i.