6
Zülmani, nurani hicab
Açılsun, olsun fəthi-bab.
Rəf’ et cəmalindən niqab,
Səndən mədəd, səndən mədəd.
Ey qətreyi ümman edən,
Ey nütfeyi insan edən,
Ey dərdlərə dərman edən,
Səndən mədəd, səndən mədəd.
Qurtarmayincə Yarədən
Dil qurtulurmı yarədən?
Döndürmə yüz biçarədən,
Səndən mədəd, səndən mədəd.
Ya Rəbb, Hüdayi dərdimənd,
Avarə qaldı müstəmənd,
Vəslindən olsun bəhrmənd,
Səndən mədəd, səndən mədəd.
Dər məqami-nəva
Bir gün sənün dəftərüni
Verələr, bir dəftər gəlür.
Qamu əqlüm başuna
Verələr, bir dəftər gəlür.
Tovhidə uydır sözini,
Mövlayə toqrult özini,
Əgninə kəfən bezüni
Sararlar, bir dəftər gəlür.
Əzrail alur canüni,
Ündürür hər sanüni(?)
1
Qara toprağə tənüni
Qoyarlar, bir dəftər gəlür.
1
Oxunması çətin olan və ya mənası anlaşılmayan sözlər sual işarəsi ilə nişanlanmışdır.