5
Dər məqami-nəvayi-sünbüli
Ey həvayi-nəfsə uyan,
İnsafə gəl, qork Allahdan.
Qalk, oyan, qəflətdən uyan,
İnsafə gəl, qork Allahdan.
Kim fe’lini eylər zail,
Qardaş, aqil isən, aqil.
Canın almazdan Əzrail,
İnsafə gəl, qork Allahdan.
Kəc kizbü qeybət etmədən,
Həm xəlqə böhtan etmədən,
Saqi imansız getmədən,
İnsafə gəl, qork Allahdan.
Heç alma xəlqi dilinə,
Məşğul ol kəndü halinə,
Tövbə eylə kəmfe’linə,
İnsafə gəl, qork Allahdan.
Dur, otur hər adil işlə,
Şərri tərk et, xeyri bəşlə,
Həqqə layiq əməl işlə,
İnsafə gəl, qork Allahdan.
Piri, daim Həqqi zikr et,
Verdügi ne’mətə şükr et,
Əzabı an, qəbri fikr et,
İnsafə gəl, qork Allahdan.
Dər məqami-nəvayi-sünbüli
Ey vahidü fərdü səməd,
Səndən mədəd, səndən mədəd.
Ey ləm yəkün ləhü küfüvən əhəd,
Səndən mədəd, səndən mədəd.