109
Dər məqami-dügah
Şol dəm görəm didari-yar,
Divanəyəm, divanəyəm.
Yandum cəmalün şəm’inə,
Pərvanəyəm, pərvanəyəm.
Yarüm ilə bən yad olmışam,
Biganəyəm, biganəyəm.
Bən eşq meyində saqiyəm,
Ol mə’şuqün müştaqiyəm.
Gəl iç, verəm eşqdən şərab,
Xümxanəyəm, xümxanəyəm.
Bildüm bəni, bildüm anı,
Verdüm bəni, aldum anı,
Tək eylədüm cismücanı,
Cananəyəm, cananəyəm.
Gəl, ey Hüdayi Şəmsüddin,
Bildün Həqqi, oldun yəqin,
Sirr sözini demə, sakın,
Sirrkanəyəm, sirrkanəyəm.
Dər məqami-busəlik
Şol dürri-yetim kim
Görmədi bəni ümman.
Bir qətrəyəm, illa kim,
Ümmanə biləm ümman.
Gəl, mövci-əcayib gör,
Dəryayi-nəhan gizlü gör,
Zibəhr nəhayətsiz gör,
Qətrədə olur pünhan.
Dəm urmazdı mənsur
Tovhidi-ənəlhəqqdən.
Eşq darinə dust zülfi
Asmadı bəni üryan.