108
Ol aləmi-vəhdətdə,
Kaşaneyi-vəslətdə,
Meydani-həqiqətdə
Mərdanələrüz, Həqqa!
Daniş bu dəmə yetməz,
Zahid bu yoli bilməz,
Vaizin bizi fərq etməz,
Bilməz nələrüz, Həqqa!
Çün Nuriyi nur almış,
Nəqşini suya salmış,
Dərya dibinə talmış
Dürdanələrüz, Həqqa!
Dər məqami-busəlik
Bəhri-ümmanə qoşayim,
Yerüm-məkanüm andədür.
Bundə evüm sora gəldüm,
Dü cəhanüm andədür.
Mövc urub ol bəhri-ümman,
Bundə bırakdı bəni.
Dürri-həmta bənəm,
Mə’dəni-kanüm andədür.
Çağə çıplak, baş açık,
Yalın ayak, gəldüm qərib.
Tacü təxtüm, malü mülküm,
Xanidanüm andədür.
Bundə duzəğə dutuldum,
Bəndə düşdüm nagəhan.
Bülbüləm, əfğanə gəldüm,
Gülistanüm andədür.
Bundə gəldüm Əşrəf oğlı,
Rumi dedilər bana.
Dəxi bənüm bundən özgə
Adü sanüm andədür.