107
Dər məqami-üzzal
Ey bu könlüm şəhrini
Bin lütfilə abad edən.
On səkkiz bin aləmi
Bir əmrlə icad edən.
Zati-biçün məkanlərdən
Münəzzəhdür sənün.
Pəs səni yakında bulsun
Ağlayub fəryad edən.
Qəsri-qürbə irkürüb
Ehsanə məzhər olməğə.
Aşiqə varlık cəbalın
Göstərüb fərhad edən.
Kimsəyə ölməzdən əvvəl
Göstərməyüb didarüni.
İrkürüb baqi həyatə
Leyk sonra şad edən.
Sən inayət, sən hidayət
Qıl Hüdayi bəndənünə,
Çünki sənsin hər müradə
İrkürüb irşad edən.
Dər məqami-səba
Dərd atəşinə yanmış
Pərvanələrüz, Həqqa!
Eşqün meyinə qanmış
Məstanələrüz, Həqqa!
Şövqün ilə saliklər,
Sövdan ilə haliklər,
Can mülkinə maliklər
Şahanələrüz, Həqqa!