106
Döyməz oldı yürək həsrəti-yarə,
Dərdilə qalmışam şöylə avarə,
Bunı bilmədünmi, yok qeyridən çarə,
Varisə sültanüm, səndədür, səndə.
Gərçi aşiq olanın canın alsələr,
Vəhdət sərayinə irişmək dilər,
Hüdayi çokdən ol yollərdə yeylər,
Varisə sübhanüm, səndədür, səndə.
Dər məqami-üzzal
Zeyn etmək içün cənnətə
İman ilətürlər.
Qulluğə ana huri
Və qılman ilətürlər.
Ey Kə’beyi vəsl istəyübən
Dünya sevənlər,
Aşiqlə ana canı
Qurban ilətürlər.
Vaiz bizi korkutmasa
Cəhhənəmün odindən,
Yanməqə odı hər kişi
Bundən ilətürlər.
Əhməd, sakın, aldənmə
Bu gün tacü qəbayə.
Üryan gətürüb Həzrətə
Üryanə ilətürlər.