105
Bəhəqqi-abruyi-fəxri-aləm,
Həbibi-Əkrəmi-Rəhmani-Ə’zəm,
Bəsirri-tərki-İbrahimi-ədhəm,
Bəni qıl aləmə mə’nidə sültan.
Bu fani dünyanün yokdur məali,
Xəyali zill kibidür mülkü mali.
Verüb ruzi-cəzadə qıldı ali,
Bəni qıl aləmə mə’nidə sültan.
Bir ədna əbdi-asiyəm, İlaha!
Qəpundə bir gədayəm, padşaha!
Bəhəqqi-sureyi-Yasinü Taha,
Bəni qıl aləmə mə’nidə sültan.
Ricalü malə yokdur e’timadüm,
Degildür tacü təxtə istinadüm,
Rizayi-pakün olmışdur müradüm,
Bəni qıl aləmə mə’nidə sültan.
Qəpundə Əhmədi məqbul qulün et,
Günahin əfv edüb üzrin qəbul et,
Yolində aqibət əhli-visal et,
Bəni qıl aləmə mə’nidə sültan.
Məqami-üzzal
Dolənməz bu könlüm səndən ayruğə,
Varisə bu könlüm, səndədür, səndə,
Heç önməz oldı azə həmü çoğə,
Varisə sültanüm, səndədür, səndə.
Şol aşiq kim eşqinin tulusin açdı,
Kəndüdən əl yuyub qeyridən keçdi,
Könül mürğı əski yuvadən uçdı,
Varisə sültanüm, səndədür, səndə.
Divanə könlümə bilməzəm, noldı.
Kəndüyi yetdürüb heyrətdə qaldı,
Arənüb, arənüb, bulunmaz oldı,
Varisə sültanüm, səndədür, səndə.