104
Dügah
İlahi, dilərəm səndən
Həbibin Müstəfa həqqi.
İman ilə göndər bundən
Mühəmməd Müstəfa həqqi.
İlahi, əntə sübhani,
Dilərəm səndən imani,
Gəl yoldaş eylə Qur’ani
Mühəmməd Müstəfa həqqi.
İnayət qəpusin açqıl,
Bizə rəhmətlərün saçqıl,
Bu könlüm gözini açqıl
Mühəmməd Müstəfa həqqi.
Günahüm çok kimə varəm,
Məgər kim sana yəlvarəm,
Əsirgəgil, günahkarəm,
Mühəmməd Müstəfa həqqi.
Bizi yad etmə rəhmətdən,
Ayırmaqıl Mühəmməddən,
Oyandurgil bu qəflətdən,
Mühəmməd Müstəfa həqqi.
Məqami-əcəmi-əşiran
Bana zahirdə etdün buncə ehsan,
Müyəssər eylədün mülki-Süleyman,
Olub pürnur eşqilə dilü can,
Bəni qıl aləmə mə’nidə sültan.
Bana lütf eyləyüb qılsun təcəlli,
Bu tacü təxtilə gəlməz təsəlli,
Xudaya eyləyüb ehsani-külli,
Bəni qıl aləmə mə’nidə sültan.