111
Dər məqami-hüseyni
İzzətilə gəldün bizə,
Mərhəba, ya şəhri-rəməzan!
Səfa verdün qəlbümüzə,
Mərhəba, ya şəhri-rəməzan!
Hər kim sana hörmət qıldı,
Yarın andə izzət buldı,
Cümlə mö’min sayim oldı,
Mərhəba, ya şəhri-rəməzan!
Səhərdə təmcidə çıkarüz,
Çokdan həsrətin çəkərüz,
Bir yıldan yolun bakarüz,
Mərhəba, ya şəhri-rəməzan!
Ariflər bundə bilinür,
Təravih səndə qılınür,
Həm qədir səndə bulınür,
Mərhəba, ya şəhri-rəməzan!
Mühyi aydar, gəldün bizə,
Həm nur oldun qəlbümüzə,
Səni dutmak fərzdür bizə,
Mərhəba, ya şəhri-rəməzan!
Dər məqami-hüseyni
Gəldün, gerü gedərmisin,
Əlvida, ya şəhri-rəməzan!
Bizi qərib edərmisin,
Əlvida, ya şəhri-rəməzan!
Varub dərgahə ağləmə,
Dərtlü yürəgüm tağləmə,
Bizdən şikayət eyləmə,
Əlvida, ya şəhri-rəməzan!