112
Yarın bizə şəfaət qıl,
Mədəd eylə, hidayət qıl,
Suçlarümə şəfaət qıl,
Əlvida, ya şəhri-rəməzan!
Çokdur bizim üsyanimüz,
Məqsur olsun nöqsanimüz,
Həm bir aylık mehmanimüz,
Əlvida, ya şəhri-rəməzan!
Mühyi aydar buləmədük,
Sana izzət qıləmədük,
Nə tez getdün, biləmədük,
Əlvida, ya şəhri-rəməzan!
Nəvapərvəri-əcəm
Səndə toğmışdur Mühəmmədi-Müstəfa,
Mərhəba, ey mahi-mövlid, mərhəba!
Sənda bulmışdur bu aləmi-pürsəfa,
Mərhəba, ey mahi-mövlid, mərhəba!
Səndə gəldi ol şəfaət mənbə’i,
Səndə zahirdür o nurün mətlə’i,
Sənsin əltafi-Xudanün məcmə’i,
Mərhəba, ey mahi-mövlid, mərhəba!
Cəhlilə azmışikən xəlqi-cəhan,
Küfrilə tolmışikən kövnü məkan,
Nuri-iman səndə olmışdur əyan,
Mərhəba, ey mahi-mövlid, mərhəba!
Ol vücudə illət olan şahbaz,
Ümmətiçün etdikdə Həqqə niyaz,
Umarəm nar içrə bir mö’min qomaz,
Mərhəba, ey mahi-mövlid, mərhəba!
Ol Həbibi kib Xudayi mədh edə,
Kim bilə qədrin anın bu dünyadə?
Anı vəssaf olmədə nuri bəndə
Mərhəba, ey mahi-mövlid, mərhəba!