115
Sənün xüd rəhmətün çokdur,
Babı-ehsanın açıkdır,
Fəzli-cudə qayət yokdur,
Kərəm eylə, mədəd eylə.
Sənsin verən hər müradi,
İnayət eylə, ya Hadi!
Oləlüm lütfin azadi,
Kərəm eylə, mədəd eylə.
Eylə Hüdayiyə nəzər,
Hər müradın qıl müyəssər,
Ta olə lütfünə məzhər,
Kərəm eylə, mədəd eylə.
* * *
Ey dil, bizə ver bir xəbər,
Eşq ellərinə kim gedər.
Həsrət ilə yandı cigər,
Eşq ellərinə kim gedər.
İstər könül ol elləri,
Müşkin kokar sünbülləri,
Solmaz ol bağın gülləri,
Eşq ellərinə kim gedər.
Aşiqlərə vəqti-səhər
Andə nəsim eşqi əsər.
Ol nəfxədən alub xəbər
Eşq ellərinə kim gedər.
Ey xabi-qəflətdə qalan,
Fürsət keçər, bir dəm oyan,
Baqi degil bizim cəhan,
Eşq ellərinə kim gedər.
Billahi, ol elün yoli,
Noriyə candən sevgüli,
Bağləndi eşqün məhməli,
Dust ellərinə kim gedər.