116
Məqami-əcəm
Bizə bizdən olan yakınü qərib,
Qomə fürqət əlində yerün qərib,
Kərəmündən cəmalün eylə nəsib,
Mədəd et, ya ənisü külli qərib!
Dəstgir olmaz isən, ey Rəhman,
Azdurur bizi nəfsilə şeytan.
Sən əsirgə, əfəndi, bizi həman,
Mədəd et, ya ənisü külli qərib!
Ənbiya gördügi ətalər içün,
Övliya sordügi səfalər içün,
Əhli-dərdə olan dəvalər içün,
Mədəd et, ya ənisü külli qərib!
Gərçi xoşdur, əfəndi, səbri-cəmil,
Züəfadə və li biza’ə qəlil.
Kərəm et, qalmasun Hüdayi əlil,
Hidayət et, ya ənisü külli qərib!
Məqami-nəva
Nədür sürurün, yenə məsrursin,
Neylər bu səndə bihudə xəndə?
Axirət zadüni qıldunmı hazir
Qüvvətün var ikən təndə?
Rəbbəna, bizdən yok bizə dərman
Son dəmi iman ver bizə sən də.
Həddən aşurdum cürmü isyanı,
Sor isər bir-bir Həqq bizdən anı.
Qəpunə gəldüm, bildüm suçumı,
Sən qəbul eylə bu əbu banı(?).
Rəbbəna, bizdən yok bizə dərman
Son dəmi iman ver bizə sən də.