117
Gözlərüm giryan, cigərim büryan,
Suçumı ansəm, oluram heyran.
Bir fəqir qulam, sən qəni sültan,
Zatünə layiq yok bir ə’malüm.
Rəbbəna, bizdən yok bizə dərman
Son dəmi iman ver bizə sən də.
Li abis-süud
Ya rahiməl-xəlayiq, əslih ümurina!
Ya Rəbbəna, bifəzlikə təmmim qüsurina!
Qaldı miyani-zülməti-qəflətdə qəlbimüz,
Min zəv’i nuri zikrikə, nəvvir südurina!
Bir köhnə köprüdür bu cəhan kim gələn keçər,
Bil-amin vəs-səlaməti ic’əl üburina!
Ol dəm ki xakə salə bizi sərsəri-əcəl,
Əftəh min əl-cinani rəyahən qüburina!
Ruzi-cəzadə cəm’ olıcak əmrinilə cümlə xəlq,
Yəssir ləna min əhli-nə’imi hüzurina!
Busəlik
Qıl hidayət bizə, ey Bari-Xuda!
Rəbbəna, əslih ləna ə’malina!
İşümüz səhvü xətadur daima,
Rəbbəna, əslih ləna ə’malina!
Ömrümüz bünyadinə yokdur səbat,
Vəqtümüz keçməkdə bisövmü səlat,
Dəftəri-ə’malə doldı seyyiat,
Rəbbəna, əslih ləna ə’malina!
Karümüz cürmü cinayətdür həmin,
Yazmağə aciz kiramən katibin,
Söhbəti-xassə bizi eylə qərin,
Rəbbəna, əslih ləna ə’malina!