11
Dərviş Yunus edür əndə,
Can ərilür, qalur təndə,
Gərək ola sana səndə,
Deglə zikirlə Qur’anı.
Dər məqami-nəva
Gələ, ey canimin cani,
Gəl, zikr edəlüm Allahı.
Vücudun olmadı fani,
Gəl, zikr edəlüm Allahı.
Ver məhsuli xirmən ikən,
Qıl dərdinə dərman ikən,
Əqlün sana fərman ikən
Gəl, zikr edəlüm Allahı.
Halimüz xoş haldə ikən,
Zikrü təsbih dildə ikən,
Qardaş fürsət əldə ikən
Gəl, zikr edəlüm Allahı.
Əzrail canini alur,
Malü mülkin şöylə qalur,
Bir gün dilin dutmaz olur,
Gəl, zikr edəlüm Allahı.
Zakiri zikr eylə bundə,
Yalnuz qalursan sən də,
Yoldaş istərisən əndə,
Gəl, zikr edəlüm Allahı.
Dər məqami-hüseyni
Bir padşahə qul ol kim,
Mülki-zail olmaz ola.
Bir gülşənə bülbül ol kim,
Heç sararub solmaz ola.