12
Kəndüni ümmanə salgör,
Qəvvas olubən dalgör,
Bir dürlü cəvahir bulagör,
Kimsə anı bulmaz ola.
Gərçək aşiq olsa salik,
Görinür külli-şeyin halik.
Bir mülkə olagör malik,
Kimsə əldən olmaz ola.
Qoyalım lafü göz afi,
Gəl eyləyəlim insafi.
Könül ol vəqt olur safi,
Əgər gedər-gəlməz ola.
Sirrüni kəşf etmə yadə,
Vermə hasilüni badə.
Bir dust idinə(?) gör dünyadə,
Heç səndən ayrılmaz ola.
Bülbül olub ölmək gərək,
Güllər kibi təbmək gərək,
Bir aləmə yetmək gərək,
Fəna əhli irməz ola.
Zahidlərə olmak gərək,
Bir çeşmədən içmək gərək,
Arif həqqə uçmak gərək,
İçənlər eyləməz ola.
Bir qəpuyə mülazim ola,
Bir özgə elmə alim ola,
Dün-gün Hüdayi qaim ola,
Mülki anın bitməz ola.