13
Dər məqami-mühəyyər
Ya İlahi, sana mə’lum xeyir-şərr ə’malinə.
Qul müvafiq əmrinə, əqvalına, əf’alinə.
Der hidayət tüb(?) əleyna irmədin əcalinə.
Ya mühəvvil, eylə təhvil hüsni-hali-halinə.
Rəbbəna, əxtüm ümrəna bil-xeyr vərtihaləna.
Ərşin həqqiyçün, ey Həqq, nəfs əlindən qıl xilas.
Rəhmətin dəryasin asilər içün qıldun mənas.
Ruzi-məhşərdə ədl edüb cürmüm qıldun mənas.
Ya mühəvvil, eylə təhvil hüsni-hali-halinə.
Rəbbəna, əxtüm ümrəna bil-xeyr vərtihaləna.
Bizdə yokdur bir əməl kim, layiq ola zatinünə.
Çağırırlar əliboş bir gün bizi həzrətinə.
Ya İlahi, yüz qərasilə ilətmə qatinə.
Ya mühəvvil, eylə təhvil hüsni-hali-halinə.
Rəbbəna, əxtüm ümrəna bil-xeyr vərtihaləna.
Nəfsi-əmmarə qəndə qıldı bizi şərmsar,
Qənqi birin ağlıyayim bəd fəalüm səd həzar.
Ol zəman kim əmrində edə vəqt intizar,
Ya mühəvvil, eylə təhvil hüsni-hali-halinə.
Rəbbəna, əxtüm ümrəna bil-xeyr vərtihaləna.
Xeyli dəmdür zikrüni zikr et gərçi, Zakiri.
Olmadı ixlas, ləh qaldı əli yüzi geri.
Neçə yüz bin asi qulların var, ol dəxi biri.