14
İlahi, qulların sənsən pənahi,
Nədənlü etsələr cürmü günahi.
Ağardur rəhmətin ruyi-siyahi,
Bizi imanilə xətm et, İlahi.
Kişinün ruhi-cani hər həvəsdə,
Həman bir bülbülə bənzər qəfəsdə,
Qaçub uçmaq dilər axir nəfəsdə,
Bizi imanilə xətm et, İlahi.
Müyəssər et bizə dəf’i xəvatir,
Səfayi-batin islahi-zahir,
Zəmani-intizar oldikdə axir,
Bizi imanilə xətm et, İlahi.
Bizüm məqsudimüz ancak Xudadır,
Həbibimiz Mühəmmədi-Müstəfadır,
Yolına canımuz vermək səfadır,
Bizi imanilə xətm et, İlahi.
Həbibində umar əs’ədi-şəfaət,
Bu dənlü eylədi cürmi-cənabət,
İlət imanlə ol düni saət,
Bizi imanilə xətm et, İlahi.
* * *
Qalk, yatma, ey qafil, oyan,
Oldı nəhan işlər əyan,
Gəlsün bərü canə qıyan(?)
Bir sirri-pünhan bulmışam.
Sənməğil qafil sən səni,
Hər pərdə hazir gör ani,
İman isən, qeyrət qəni?
Külli-sirri-pünhan bulmışam.
Görməz gözin ə’madür,
Bəl mə’budün mövladür,
Qadim sana əsmadürür,
Külli-sirri-pünhan bulmışam.