15
Gəl zakir ilə dilləri,
Kəşf olur yarun illəri,
Vermək istərsən gülləri,
Bir bağə pünhan olmışam.
Mürşid əlin aldum ələ,
Allah diyo girdüm yolə,
Əlməm cəhani bir pulə,
Bir sirrə pünhan olmışam.
Ruz əlindən xəssəmüz,
Eşqlə imiş qissəmüz,
Rəf’ oldı cümlə qüssəmüz,
Bir sirri-pünhan olmışam.
Dərviş Piri, aç gözin,
Məhbub ilə olsun özün,
Xətm gəl, bitir sözün,
Bir sirri-pünhan olmışam.