16
Dər məqami-səba
Çün təfərrüc eyləyüb bakdım cəhanun yüzinə,
Hər nəyə bakdım isə, ibrət görindi gözimə,
Adil isən, can qulağın aç, nəzər qıl sözimə,
Bir dəgirməndür bu dünya, ügüdür bir gün bizi.
Ana aldanma anun məkrilə hiylə qılur,
Verdügüni yenə alur, sanma ki, baqi qalur,
İki taşın arasında dənənün ömri nə olur?
Bir dəgirməndür bu dünya, ügüdür bir gün bizi.
Yer yüzi alət taşıdır, möhkəm durupdır bərqərar,
Günlərə qalasan, nəzər necə dönərlər bərqərar,
Neçə yüz bin sərvər bir anda toprağə qərar,
Bir dəgirməndür bu dünya, ügüdür bir gün bizi.
Xəlq edüpdür qüdrətindən çargahi ol Xuda,
Çərx içində danənin ömri ana oldı qəda,
Bulmadı aman əcəldən ənbiyavü övliya,
Bir dəgirməndür bu dünya, ügüdür bir gün bizi.
Cahidü kəç bu xəyaldə bakma dünya alinə,
Zəhr olur hər kim yer isə, sunma anun balinə,
Aqil isən, qıl səyahət, gir Mühəmməd yolinə,
Bir dəgirməndür bu dünya, ügüdür bir gün bizi.
Dər məqami-rast
Fəzlinə, ya Rəbbəna, qaldık qüvamızdan kəsəl,
Hifz eylə, şeytan verməsün son dəmdə imanə xələl,
Halim nolə, bana derlərsə bir gün irtəhil (?)
Şuridəhal etdi bəni hayi-madədhay qürbi-əcəl suyi-əməl.
Ömri-əzizi nedəyim, yok yerlərə qıldum hüba,
Yoldan bəni alıqodı, nəfsi-həva sitü səda,
Axir nəfəsdə zikrüni eyləmə dilümdən cəza,
Şuridəhal etdi bəni hayi-madədhay qürbi-əcəl suyi-əməl.