20
Eylə tovhidi canlə,
Həqq buyurdı Qur’anlə.
Həqq olubən ixvanlə
Allah, Allah, daim Allah!
Həqqi istərisən, ey yar,
Tovhid eylə leylü nəhar.
Tovhid canlərün canidür,
Aşiqlərün imanidür,
Hər külahün sültanidür.
Allah, Allah, daim Allah!
Həqqi istərisən, ey yar,
Tovhid eylə leylü nəhar.
Zikir dildə varin olə,
Gecə-gündüz karin olə,
Bunun dəmində yarin olə
Allah, Allah, daim Allah!
Həqqi istərisən, ey yar,
Tovhid eylə leylü nəhar.
İsmi-zatini sorəsən,
Hər məqsudə nigəh edəsən,
Həqqin cəmalin görəsən.
Allah, Allah, daim Allah!
Həqqi istərisən, ey yar,
Tovhid eylə leylü nəhar.
Dər məqami-nəva
Olmazdan əvvəl oldilər
Həqq yolınun aşiqləri.
Baqi həyati buldilər
Həqq yolınun aşiqləri.
Dəryayi-eşqə girdilər,
Dürri-mühəbbət dərdilər,
Həqqin cəmalin gördilər
Dust yolınun aşiqləri.