21
Çün şahi-rahə getdilər,
Vəslət ilinə yetdilər,
Ərş üzrə seyran idilər
Dust yolınun aşiqləri.
Ey nuri, gəl sən dəxi var,
Bu yoldə qıl cani nisar.
Əlbəttə, bulur vəsli-yar
Dust yolınun aşiqləri.
Dər məqami-nəva
Ey talibi-Həqqi-zülcəlal,
Gəl dərdilə hu deyəlüm.
Allahdan istəyən cəmal,
Gəl dərdilə hu deyəlüm.
Daim cəmalin istəyən,
Qali-tərk edüb hal istəyən,
Abi-zülalin istəyən,
Gəl dərdilə hu deyəlüm.
Ey aşiqi sültani-can,
Ey bülbüli-baği-cinan,
Hüsnündən eyləyən əfğan,
Gəl dərdilə hu deyəlüm.
Müstəan olub sültan olan,
Gög sünbüllər bustan olan,
Rüsvayi-həm dastan olan,
Gəl dərdilə hu deyəlüm.
Eşqindən cigər paş olan,
Çeşmüm siyah qanə yaş olan,
Mühyi ilə qan baş olan,
Gəl dərdilə hu deyəlüm.