22
Dər məqami-hüseyni
Həp fəsad işlərümə
Əstəğfirüllah, tövbə!
Yəman təşvişlərümə
Əstəğfirüllah, tövbə!
Gözimün bakduğına,
Könlimün akduğına,
Qulağum çıkduğına
Əstəğfirüllah, tövbə!
Dilimün qeybətinə,
Nəfsimün ləzzətinə,
Həp ə’zam ləzzətinə,
Əstəğfirüllah, tövbə!
Bildüm suçumi, bildüm.
Döndüm çəlabüm, döndüm.
Gəldüm qapuna, gəldüm,
Əstəğfirüllah, tövbə!
Bəndən suçumi sorma,
Eybümi yüzümə urma,
Məhrum bəni döndərmə,
Əstəğfirüllah, tövbə!
Səttarül-üyub sənsən,
Qəffarül-zünub sənsən,
Fəttahül-qülub sənsən,
Əstəğfirüllah, tövbə!
Nəfsi-bəndinə dutıldum,
Şeytanə əsir oldum,
Hər xəta ki bən qıldum,
Əstəğfirüllah, tövbə!
Gərçi kim günahım çok,
Rəhmin dəxi artuk,
Asiyə ki, qapun açuk,
Əstəğfirüllah, tövbə!