25
Zakirün qatı çokdur günahi,
Ey qamu aləmlərün padişahi,
Zikrün həqqi əfv et anı, İlahi,
Dilüm zikrün ilə Qur’andan ayırma.
Dər məqami-əcəmi-əşiran
Könül vermə səvayə, aqil isən,
Gəl Allaha, müradın hasil olsun.
Həqqi istə, əgər əhli-dil isən,
Gəl Allaha, müradın hasil olsun.
Xalis olmak dilərsən dərdi-qəmdən,
Əsiri-surət olma, keç sənəmdən,
Vücudin ayrı istərsən ədəmdən,
Gəl Allaha, müradın hasil olsun.
Sakın, aldanma bu fani nəimə,
Sivadən keç, iriş Rəbbi-rəhimə,
Hüdayi, hümmət et zövqi-əzimə,
Gəl Allaha, müradın hasil olsun.
Nəvayi-sünbüli
İzzətün həqqi, ey mə’bud,
Eşqindən ayırma bizi.
Əvvəl-axir budır məqsud,
Eşqindən ayırma bizi.
Əhli-halə haldaş eylə,
Zakirlərə qoldaş eylə,
İmani-Qur’an yoldaş eylə,
Şövqindən ayırma bizi.
Bakma yüzim qarəsinə,
Çarə yürək yarəsinə,
Sal dustlərinin arəsinə,
Eşqindən ayırma bizi.