26
Ömrim axirə iricək,
Əzrailə can vericək,
Əvvəl bən qəbrə giricək,
Şövqindən ayırma bizi.
Zakiri huyi-huylə,
Səmaylə, səfaylə,
Sür ömri, say saylə,
Eşqindən ayırma bizi.
* * *
Mövlam, sənün aşiqlərün
Dövran edərlər hu ilə.
Yolindəki sadiqlərün
Cövlan edərlər hu ilə.
Eşqin şərabından içüb,
Fani əlayiqdən keçüb,
Vəslin həvasindən keçüb
Seyran edərlər hu ilə.
Arzulayub dust əllərin,
Qokmağa mə’ni güllərin,
Açub məhəbbət yollərin
Meydan edərlər hu ilə.
Durma, dönərlər fələklər.
Ərz edüb Həqqə diləklər.
Ərş ətrafın mələklər
Cövlan edərlər hu ilə.
Bülbül kibi eşq bağına
Kim düşər eşqin bağına.
Dərdü məhəbbət tağına
Dərman edərlər hu ilə.