27
Dər məqami-hüseyni
Bən yürürəm yanə-yanə.
Eşqin boyadı bəni qanə.
Nə aqilsən, nə divanə,
Gəlgör bəni eşq neylədi.
Gah əsərəm yellər kibi,
Gah dururam yollər kibi,
Gah çağlərəm sellər kibi,
Gəlgör bəni eşq neylədi.
Akar su kibi çağlarım,
Dərtlü yürəgim dağlarım,
Dusti göricək ağlarım,
Gəlgör bəni eşq neylədi.
Bən yürürəm əldən ələ,
Dust soraram dildən dilə.
Qürbətdə halüm kim bilə,
Gəlgör bəni eşq neylədi.
Qürb elində yürürəm,
Dust-düşmanı görürəm,
Oyanub Məcnun olurəm,
Gəlgör bəni eşq neylədi.
Bənizüm sarı, gözlərüm yaş,
Bəğrüm parə, cigərüm paş,
Halüm bilən dərtlü qardaş,
Gəlgör bəni eşq neylədi.
Bən Yunusi-biçarəyim,
Başdən ayağə parəyim,
Dust elindən avarəyim,
Gəlgör bəni eşq neylədi.