28
Dər məqami-nəvayi-sünbüli
Bu dünyanın sonı fani,
Getdi anın feyni(?)
Bu ögütdür, al sən buni,
Ağla, könül, var yan-yöri.
Əbu Bəkri-səddəq vəli,
Peyğəmbərin toğrı yari,
Qəni Osman, Ömər, Əli.
Ağla, könül, var yan-yöri.
Anlər dünyayə gəldilər,
Ağlədilər, gülmədilər,
Gələndilər, heç gəlmədilər,
Ağla, könül, var yan-yöri.
Aşiq Yunus söylər sözi,
Həqqə bir getmişdür özi,
Gərək yazin, gərək gözin
Ağla, könül, var yan-yöri.
Məqami-səba
Ya Maliki-yövmüd-din,
Ehsani-kərəm səndən.
Ya Rahimül-əvvabin,
Ehsani-kərəm səndən.
Qullaruna rəhmət et,
Fəzlünlə inayət et,
Tovfiqi-hidayət et,
Ehsani-kərəm səndən.
İnsanı edüb icad
Etdün yoluna irşad,
Oldı kərəmə mö’tad,
Ehsani-kərəm səndən.