29
Lütf eyləyüb, ey mövla,
Qıl vəslətüni əta,
Et qəlbümüzi ehya,
Ehsani-kərəm səndən.
Biçarə Hüdayi gər
Vəslünə ola məzhər,
Bu izzət ana yetər,
Ehsani-kərəm səndən.
Məqami-hüseyni
Xudaya, cümlə aləm
Sana aşiq, səni özlər.
Mələk cinni bəni-Adəm
Sana aşiq, səni özlər.
Zəmin olmış yolində xak.
Edər dərya yakalar çak,
Düni gün rəqs edər əflak,
Sana aşiq səni özlər.
Səhərdə açılan güllər,
Ötən şuridə bülbüllər,
Bənöfşələrlə sünbüllər
Sana aşiq, səni özlər.
Əgər mehri, əgər zərrə,
Əgər bəhri, əgər qətrə,
Əgər tubi, əgər sidrə
Sana aşiq, səni özlər.
Əgər huri, əgər qılman,
Əgər malik, əgər rizvan,
Səkkiz cənnət, yeddi niran
Sana aşiq, səni özlər.
Əgər qayib, əgər hazir,
Əgər batin, əgər zahir,
Əgər mö’min, əgər kafir
Sana aşiq, səni özlər.