30
Qamının mətləbi birdür.
Ya niçın bə’zi kafirdür?
Əcəb halət, əcəb sirrdür.
Sana aşiq səni özlər.
Kiminə qapu açılmaz.
Kimi keçər, kimi almaz.
Kimi bölür, kimi bölməz.
Sana aşiq səni özlər.
Hüdayiyi irüb halət,
Vəslinilə bula izzət,
Əfəndi, cümlə mövcudat
Sana aşiq, səni özlər.
Dər məqami-huseyni
Səhərdə açılan güllər nədəndür?
Ötən şuridə bülbüllər nədəndür?
Bənöfşələrlə sünbüllər nədəndür?
Ağızda söyləyən dillər nədəndür?
Bakanlar qüdrəti-Pərvərdigarə
Görərlər sün’i-Həqqi aşikarə.
Nəzər qıl ibrətilə novbəharə.
Akan sular, əsən yellər nədəndür?
Səfayi qanda buldı qəlbi-insan?
Ziyayi qanda aldı mahi-taban?
Simari(?) qanda buldı baği-bustan?
Gülistandə bitən otlər nədəndür?
Qamusı Qadiri-mütləq eşidür.
Bu sirri fəhm edən arif kişidür.
Nədən göz girübən qulak eşidür?
Ayak yürür, dutan əllər nədəndür?
Nədəndür dari-dünya, dari-üqba?
Nədəndür mahi-xürşid Sürəyya?
Nədəndür bəhrü bərrü kuhü səhra?
Əcəb, bu yollərü bəllər nədəndür?