31
Kimi olmış vüsali-eşqə layiq,
Kimin dideyi-qəlbi oyanik,
Kimi nuri-cəmali-Həqqə aşiq.
Bu hayi-huyi-ğülğülə nədəndür?
Kimisi eşqlə nalan olur,
Kimisi gül kimi xəndan olur,
Kimi bəndə, kimi sültan olur.
Bu sültanilə bu qullər nədəndür?
Qəmu ərvahi-ələstü bəzminə yetdi,
Xitabi-Həqqi həp cümlə eşitdi,
Ya niçün hər biri bir yolə getdi?
Xuda birdür, bu çok yollər nədəndür?
Qəmunun əsli xüd Adəmü Həvva.
Ya niçün bə’zi ədna, bə’zi ə’la?
Hüdayi, qanda oldı buncə əşya?
Bu aləmlərlə bu yollər nədəndür?
Dər məqami-busəlik
Təriqət qürbi-Rəhmandür.
Bu meydan özgə meydandür.
Həqiqət sirri-Sübhandür.
Bu meydan özgə meydandür.
Bu yol candan firağ istər,
Cigərdən neçə tağ istər,
Buna bir qəlbi-sağ istər,
Bu meydan özgə meydandür.
Bu meydandə satılur can,
Bu meydandə sorılmaz qan,
Ölür bir dəmdə bin qurban,
Bu meydan özgə meydandür.
Girür meydanə aşiqlər,
Vücudi eşqə yanıklər,
Əcəb münkir nə sayqilər,
Bu meydan özgə meydandür.