32
Bu yoldə nuri-sərdən keç,
Bu ərkan içrə sirrlər aç,
Bu meydan içrə qanlər saç,
Bu meydan özgə meydandür.
Əcəm
İstəməz aqil fani dünyayi,
Sənsin, ey mövlayi-mətləbi-ə’la.
Neləsün aşiq qeyri sevdayi,
Sənsin, ey mövlayi-mətləbi-ə’la.
Eşqi-Şirinə can verür Fərhad,
Leyli yarinə Qeys edər fəryad,
Səni arzulər aşiqi-naşad,
Sənsin, ey mövlayi-mətləbi-ə’la.
Dərd içün dərdilə nalan,
Oldı pərvanə şəm’ilə suzan,
Aşiqün dərdinə sənsin dərman,
Sənsin, ey mövlayi-mətləbi-ə’la.
Aşiqün eşqi qüdrətünlədür,
Sadiqün sidqi rəhmətünlədür,
Cənnətün zövqi vəslətünlədür,
Sənsin, ey mövlayi-mətləbi-ə’la.
Bu Hüdayidə səbrə taqət yok,
Tapunə layiq bir ibadət yok,
Sana qullıkdan özgə izzət yok,
Sənsin, ey mövlayi-mətləbi-ə’la.