33
Dər məqami-əcəmi-əşiran
Dil qəflət meyində olmadı ayik,
Bir əməl işləyin Allaha layiq.
Səfərim var, miad içün yok aziq,
Bir əməl işləyin Allaha layiq.
Tələf etdim buncə ay ilə güni,
Bir şeyxi bulub bulmadum bən bəni,
Həbayə çürütdüm bu canü təni,
Hayıfa keçən ömrə yazıklar, yazık.
Bu ömrün hesabiynəmi ağlayayim?
Ya qəbrün əzabiynəmi ağlayayim?
Qiyamət əzabiynəmi ağlayayim?
Hayıfa keçən ömrə yazıklar, yazık.
Həsrət ilə uram başimə taşlər,
Zaye’ etdüm buncə yaz ilə qışlər,
Həsad ilə qıldum çok fəsad işlər,
Hayıfa keçən ömrə yazıklar, yazık.
Zakiri, eylədün buncə şənaət,
Hər işün sonı, əlbəttə, nədamət,
Qəm yemə, olursa sonı hidayət,
Hayıfa keçən ömrə yazıklar, yazık.
Məqami-hüseyni
Cəhan xəlqi qəmu, ya Rəbbi,
Sana aşiq, səni özlər.
Bu ömrin mübtəlalər həp
Sana aşiq, səni özlər.
Əgər bəndə, əgər sültan,
Əgər dana, əgər nadan,
Təlabkar olsa da yeksan,
Sana aşiq, səni özlər.