34
Fələklər eyləyüb dövri,
Mələklər eyləyüb seyri,
Əgər iman, əgər qeyri,
Sana aşiq, səni özlər.
Əcəb seyrdir, əcəb bazar,
Ki bülbülzar olur gülzar,
Əgər güldür, əgər gülzar,
Sana aşiq, səni özlər.
Kimi məst, kimi heyran,
Kimi nalan, kimi giryan,
Visalini umar hər can,
Sana aşiq, səni özlər.
Əzəl bəzmində içmişlər,
Hicabı qeyri keçmişlər,
Cəmalə ağız açmişlər,
Sana aşiq, səni özlər.
Olar kim, eşqə dil bağlər,
Bu nurivəş cigər dağlər,
Əgər dağlər, əgər bağlər,
Sana aşiq, səni özlər.
Məqami-hüseyni
Ilahi neyləsün, netsün,
Könül sənsiz qərar etməz.
Əgər dursun, əgər getsün,
Könül sənsiz qərar etməz.
Cəhan bağində bir saət
Qəmgindür, ola rahət.
Olarsa rövzeyi-cənnət,
Könül sənsiz qərar etməz.
Neydər ol baği-bustanı,
Neydər hurilə qılmanı,
Fəraqinlə yanar canı,
Könül sənsiz qərar etməz.