35
Müradı sənsin, ey mövla,
Əslində qeyri yok əsla,
Olursa məskəni tuba,
Könül sənsiz qərar etməz.
Çü sənsin nurinün yarı,
Neydər ol qeyri əfkarı,
Sevindirsən ona çarı,
Könül sənsiz qərar etməz.
Məqami-səba
Sana derəm, badi-səba,
Bizə canandən xəbər ver.
Əhkam olmasun həba,
Bizə canandən xəbər ver.
Uzakmudur yollərinüz,
Bəharmidür güllərinüz,
Əfğandə bülbüllərinüz,
Bizə mövladən xəbər ver.
Hər nə dersən, bən edəyin,
Dilərsən, bilə gedəyin,
Bən olmadın eşidəyin,
Bana mövladən xəbər ver.
Səhər vəqtində əsərsin,
Qərib bəğrümi kəsərsin,
Dərgahimə qədəm bəsərsin,
Bizə canandən xəbər ver.
Bir dəxi bundə gələsin,
Bizi turabdə buləsin,
Ruhə səfalər verəsin,
Bizə mövladən xəbər ver.
Aşiq Yunus edər ahı,
Gözi yaşımı günahı,
Sevərsin gözəl Allahı,
Bizə canandən xəbər ver.