36
Məqami-hüseyni
Cümlə hicablərdən keçür,
Rəbbüm, mədəd! Mövlam, mədəd!
Vəslün şərabindən içür,
Rəbbüm, mədəd! Mövlam, mədəd!
Eşqün ilə toldur bizi,
Çok ağladuk, güldür bizi,
Dut əlimiz, qaldur bizi,
Rəbbüm, mədəd! Mövlam, mədəd!
Olmayacak səndən kərəm,
Yol varımızuz bir qədəm,
Budır sözimiz dəmbədəm,
Rəbbüm, mədəd! Mövlam, mədəd!
Kəşf olub əf’ali-sifat,
Qılsun təcəlla nuri-zat,
Ta bulavüz baqi həyat,
Rəbbüm, mədəd! Mövlam, mədəd!
Səndən əgər tə’yid ola,
Hər halımuz tovhid ola,
Göstər cəmalun, id ola,
Rəbbüm, mədəd! Mövlam, mədəd!
Bir aşiq irsə sana,
Ol idi-əkbərdir ana.
Budır mürad, ökdün sona,
Rəbbüm, mədəd! Mövlam, mədəd!
Fəth et bizə müəmmayi,
Ta bulavüz müsəmmayi.
İrişsün zövqə Hüdayi,
Rəbbüm, mədəd! Mövlam, mədəd!