37
Dər məqami-hüseyni
Ey gülləri xəndan edüb,
Bülbülləri nalan edüb,
Gah xub cəmalün göstərüb,
Gah gizləyüb pünhan edən.
Sən “sümmə vəçhüllah” dedün,
Həm zahirü batin adün.
Gah göstərüb, gah gizlədün,
Əqli odur heyran edən.
Etməz sənün aşiqlərün
Mülki-Süleymanə nəzərün.
Ancak cəmalün nuridür
Canlərinə dərman edən.
Kimini saldun Kə’bəyə,
Kimi edər ərşün təvaf,
Üşşaqə vəslün qıl əta,
Ey hər kəsə ehsan edən!
Eylə Hüdayiyə əta
Cudünlə həqqani vücud.
Ey nütfeyi insan edüb,
Ey qətreyi ümman edən!
Dər məqami-busəlik
Nəfsi-şeytanə zəbun etmə bizi,
Kərəm et, hey ulu mövla, kərəm et!
Talibi-fani, dun etmə bizi,
Kərəm et, hey ulu mövla, kərəm et!
Övni-rəbbani rəfiq olmayıcak,
Bir adım yer varımaz talibi-Həqq.
Züəfayə nəzəri-lütflə bak,
Kərəm et, hey ulu mövla, kərəm et!