38
Yerü gög çəkmədügi həmli-səqil
Götürür anı bu insani-əlil.
Qüvvəti-ehsan edüb bu yoldə dəlil
Kərəm et, hey ulu mövla, kərəm et!
Masivayə bakubən qalmayalım,
Ta həvavü həvəsə talmayalım,
Zağə şəhbaz dili salamayalım,
Kərəm et, hey ulu mövla, kərəm et!
Necə bir mane’ ola hübbi-siva,
Ola nuri-gülə münəvvər füqəra.
Vəslüni eylə Hüdayiyə əta,
Kərəm et, hey ulu mövla, kərəm et!
Dər məqami-ovci-əraq
Gəl, ey qafil, könül vermə
Yalançı dari-dünyayə.
Səni rüsva edər bir gün
Düşsə könül bir sevdayə.
Əcəl bir gün irər nagah,
Iricək, heç aman verməz.
İbadət qıl gecə-gündüz,
Bu güni qoma fərdayə.
Gər bir akçan ziyan olsa,
Qılursan vah ilə veyla.
Yarım pulça qayırmazsın
Dinün gedərsə yəğmayə.
Ölicəksin, əya miskin,
Qomazlar kim, yatasın sən.
Həman saət ilə dirlə,
Səni bərdarə çək çayə.
İki sail gəlür nagah,
Ana münkirü nəkirdürlər.
Sorərlər kim: “Nə gətürdün
Fəna evdən bu üqbayə?”